"Azərbaycan Prezident İlham Əliyevin diaspor siyasəti ilə bağlı mesajı açıqdır: Dünya azərbaycanlılarını Azərbaycan dövləti ilə daha sıx birləşdirmək, onların güclənməsi və Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında onların rolunun artması.Ancaq bu strategiya hər ölkədə eyni şəkildə həyata keçirilə bilməz. Mənim komitənin fəaliyyətində son illərdə ən çox bəyəndiyim odur ki, hər bir ölkə üzrə ayrı-ayrı araşdırmalar aparılır və strategiya müəyyən olunur".
Bu sözləri millət vəkili Qənirə Paşayeva Azərbaycan Televiziyasının "Əsas məsələ" verilişində deyib.
Millət vəkili qeyd edib ki, bütün təşkilatların Azərbaycanın maraqları çətiri altında birləşməsi dövlətimizi gücləndirməyə xidmət edir.
Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat katibi Vəsilə Vahidqızı isə deyib ki, diaspor işi hər bir azərbaycanlının işidir. "Yeni nəsilin bu məsələdə daha aktiv olacağına inanırıq" - deyə V.Vahidqızı əlavə edib.